Latviyanın Baş naziri Evika Silinya istefa verib.
Modern.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, baş nazirlə birlikdə hökumət də tam tərkibdə istefaya gedib.
Bildirilir ki, istefanın əsas səbəbləri ölkədə artan iqtisadi problemlər və Ukraynaya məxsus pilotsuz uçuş aparatları ilə bağlı insident olub.
Evika Silinya keçirdiyi brifinqdə bildirib ki, əsas məqsədi ölkənin inkişafı, xalqın rifahı və təhlükəsizliyinin təmin olunması olub.
“Mənim məqsədim aydın idi - ölkənin inkişafı, xalqın rifahı və təhlükəsizliyi naminə çalışmaq, uşaqlarımızın öz evini, öz ölkəsini - Latviyanı qiymətləndirməsini təmin etmək. Partiyalar və koalisiyalar dəyişə bilər, amma Latviya qalır, insanlar burada qalır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, mayın 13-də hakim koalisiyaya daxil olan üç partiyadan ikisi hökumətin “faktiki olaraq dağıldığını” bəyan etmişdi.