Çin sədri Si Cinpin ABŞ və Çin arasında hərbi əlaqələrin daha effektiv şəkildə istifadə edilməsinin vacibliyini bəyan edib.
Modern.az xəbər verir ki, bu barədə o, Pekində ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş zamanı danışıb.
“Bizim əldə etdiyimiz mühüm konsensus həyata keçirilməli, siyasi-diplomatik təmaslar və iki ölkənin silahlı qüvvələri arasında əlaqə kanallarından daha səmərəli istifadə olunmalıdır”, - deyə Çin lideri bildirib.
Xatırladaq ki, Donald Trampın Çinə səfəri mayın 13-dən 15-dək davam edir. Səfərdə onu iri Amerika şirkətlərinin rəhbərləri müşayiət edir. Onların arasında Tesla, Apple, Boeing, Goldman Sachs Group, Blackstone, BlackRock və Citigroup rəhbərləri də var.