Bakı. Trend:
Suriya Ərəb Respublikasının şimal-şərqindəki Haseke əyalətində baş verən hücum nəticəsində ən azı iki Suriya hərbçisi həlak olub.
Trend xarici mediaya istinadla xəbər verir ki, hücum nəticəsində daha bir neçə hərbçi yaralanıb.
Məlumata görə, naməlum silahlı şəxslər Suriyanın şimalının şərq və qərb bölgələrini birləşdirən magistral yolun yaxınlığında yerləşən Əl-Əliyə taxıl anbarlarının yaxınlığında park edilmiş hərbi avtomobilə hücum ediblər.
Yanvarın sonunda Suriya hakimiyyəti ilə kürd koalisiyası olan "Suriya Demokratik Qüvvələri" arasında imzalanan razılaşmaya uyğun olaraq, Suriya ordusu əsas obyektlərdəki mövcudluğunu gücləndirərək Haseke əyalətini nəzarətə götürüb.