Bakı. Trend:
Kubaya qarşı sanksiyalar beynəlxalq hüququ pozur və böhranın həlli üçün dialoq lazımdır.
Trend xarici mediaya istinadla xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Nayrobidə keçirilən mətbuat konfransında bildirib.
"Kubaya qarşı sanksiyalarla bağlı mövqeyimiz tamamilə aydındır. Baş Assambleya hər il bu sanksiyaları beynəlxalq hüququn pozulması hesab edən qətnamə qəbul edir. Biz Kubadakı humanitar vəziyyətdən açıq şəkildə dərin narahatıq və Kuba üçün hərbi həll yolu olmadığına inanırıq. Kuba xalqının indiki qədər əziyyət çəkməsinin qarşısını almaq üçün dialoq lazımdır", - deyə Quterreş bildirib.
5 martda ABŞ prezidenti Donald Tramp elan edib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamaq niyyətindədir.