Metbuat.az xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Asif Nərimanlı deyib. O bildirib ki, Ermənistan mediası Paşinyanın komanda üzvləri ilə qapalı görüşdə kəndlərin yaxın günlərdə qaytarılmasından bəhs etdiyini yazır:
"İrəvan anlayır ki, Bakı onun bu məsələdə imitasiya etdiyini anlayarsa, hərbi varianta əl ata bilər. Ermənistan 4 kəndin qaytarılmasından sonra Tavuş istiqamətində delimitasiya prosesini başlatmaq və istədiyi “güzgü prinsipi” (qoşunların geri çəkilməsi) məsələsində praktiki irəliləyişə nail olmaq istəyir. Paşinyanın Tavuşda ermənlərlə görüşdə dediklərindən belə anlaşılırdı ki, tərəflərin təmaslarında kəndlərin qaytarılmasından sonra bu məsələnin müzakirə mərhələsinə keçə biləcəyi istisna edilməyib.