Hüquq-mühafizə orqanları Moskva yaxınlığındakı “Krokus Siti Holl”da terror aktı hazırlayan və ya orada iştirak edən hər kəsi müəyyən edib cəzalandıracaq.
Modern.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin terror aktından sonra televiziya ilə çıxışında bunu vurğulayıb.
“Bu cinayətin bütün icraçıları, təşkilatçıları və sifarişçiləri kimliyindən, kimin istiqamətləndirməsindən asılı olmayaraq ədalətli və qaçılmaz cəza alacaqlar. Biz Rusiyaya qarşı bu hücumu hazırlayan terrorçuların arxasında duran hər kəsi müəyyən edib cəzalandıracağıq”, - o əlavə edib.