Bu gün Misli Premyer Liqasında 27-ci tur davam edəcək.
Modern.az xəbər verir ki, bu gün 2 matç keçiriləcək. Əvvəlcə "Zirə" "Kəpəz"i qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.
Digər matçda "Araz-Naxçıvan" evdə "Qəbələ" ilə üz-üzə gələcək. Bu oyun isə saat 18:30-da start götürəcək.
Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Dünən keçirilən bir oyun belə nəticələnib: “Neftçi” – “Səbail” - 3:0 16 mart
16:00. “Zirə” – “Kəpəz” Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev. Tofiq Bəhramov adına Respublika stadionu
18:30. “Araz-Naxçıvan” – “Qəbələ” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev. “Liv Bona Dea Arena”
17 mart
16:00. “Turan Tovuz” – “Qarabağ” Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev. Tovuz şəhər stadionu
19:00. “Sumqayıt”– “Sabah” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu