"Qarabağ iddiasından əl çəkməyən separatçılar bu ilin yanvar ayında yaratdıqları qondarma “artsax məsələləri üzrə beynəlxalq komitə”ni aktivləşdirməyə çalışır. Komitənin ideya müəllifi, həm də koordinatoru olan keçmiş xarici işlər naziri Vardan Oskanyanın hazırda Avropada görüşlər keçirdiyi haqda məlumatlar var. Erməni mənbələr Oskanyanın son günlər ərzində 16 görüş keçirdiyini yazır. Əsas diqqətçəkən məqam onun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaarla da görüşü haqda məlumatın olmasıdır".
"Beynəlxalq mandat almaq: komitədə təkcə separatçıların yox, beynəlxalq təşkilatların nümayəndələrinin təmsil olunmasını və qondarma “artsax” ideyasını beynəlmiləl hərəkata çevirməyi düşünürlər. “Qarabağın erməni əhalisi”nin hüquqları adı altında Azərbaycana qarşı iddialara beynəlxalq müstəvidə dəstək əldə etmək.
"Ermənistan hakimiyyəti Qarabağla bağlı bu və ya digər formada separatizm fəaliyyətinin davam etməsinə qarşı təsirli addım atmayacağı təqdirdə, Qərbi Azərbaycan məsələsini azərbaycanlıların qayıdışı mərhələsini irəliyə daşımaq, misal üçün, dövlət qurmaq mərhələsinə qaldırmaq olar".