Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq gedir.
Metbuat.az TASS-a istinadən bildirir ki, lakin tərəflər hələlik səfərin vaxtı ilə bağlı razılığa gəlməyiblər. RİA Novosti agentliyi isə yazır ki, hazırlıq prosesi aparılsa da, vaxtın barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, yaxın günlərdə Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək onu 70 illik yubileyi münasibətilə təbrik edib. Martın 2-də “Aydınlıq” qəzeti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında danışıqların tezliklə Moskvada keçirilə biləcəyini yazıb. Jurnalistlər danışıqların yekun tarixinin və detallarının Vladimir Putinin Türkiyəyə rəsmi səfəri zamanı razılaşdırılacağını istisna etməyiblər.
Xatırladaq ki, bir müddət əvvəl Ərdoğanın Ankaranın vasitəçiliyi ilə Moskva ilə Kiyevi barışdıra bilməməsi səbəbləri barədə danışmışdı.