Xətai Tibb Mərkəzində 15 yaşlı uşaq ölümdən xilas olunub.
Modern.az-ın məlumatına görə, 15 yaşlı Tahir Mehdili Füzuli rayonundan Xətai Tibb Mərkəzinə qida borusunun qanaxması ilə gətirilib. Vəziyyəti çox ağır və ümidsiz olub. Pasiyenti təcili müdaxilə ilə vəziyyətdən çıxaran uşaq cərrahı Cavid Dadaşov onun qida borusunda vorikoz genişlənmə aşkar edib. Eyni vəziyyət və diaqnozla uşaq 2021-ci ildə rayon xəstəxanalarından birində müalicə olunub. “Bu dəfə də təkrarlanan qanaxma dayandırılıb, vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur”, – deyə Xətai Tibb Mərkəzindən saytımıza bildirilib. Müəyyən müayinələrdən sonra ikinci mərhələdə Tahir Mehdini əməliyyat gözləyir. Onu uşaq cərrahı, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim Gündüz Ağayev həyata keçirəcək.