Suraxanı rayonunun Zığ qəsəbəsində sürüşmə olub.
həmin ərazidə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib olunmuş müvafiq aktlara əsasən, qəzalı evlərin 200-ə yaxın sakini kirayə evlərə köçürülüb:
Qeyd edək ki, hadisə sürüşmə zonasında qeydə alınıb. Hadisə nəticəsində bir neçə il əvvəl ərazidə sürüşmənin qarşısını almaq üçün çəkilmiş beton sədd uçub. Əraziyə yaxın yerləşən evlər üçün təhlükə yarandığı deyilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.