Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Turan Rzayev deyib. O bildirib ki, ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyətsizdir və birtərəfli qaydada həmsədrlərdən biri tərəfindən onsuz da ləğv edilib:
"Bu kontekstdə Almaniya kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşündə “vasitəçi” deyil, “təşəbbüsçü” olmasının qabardılmasının da məqsədi budur. Şolts vasitəçi deyil, ev sahibi kimi görüşün baş tutmasına təşəbbüs göstərib, görüş isə ikitərəfli formatda olub, çünki Azərbaycan-Ermənistan münasibətləri artıq ikitərəfli xarakter daşıyır. Nəticə etibarilə rəsmi Bakı keçmişin qalıqları olan və artıq bitmiş bir münaqişənin izlərini daşıyan qurumların fəaliyyət göstərməsini istəmir. Buna görə də haqlı tələb kimi adıçəkilən qurumların ləğvini tələb edir".