Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həbsdə ölümünü “demokratiyanın bütün müdafiəçiləri üçün faciə” adlandırıb.
Modern.az xəbər verir ki, bu barədə Zurabişvilinin X sosial şəbəkəsindəki mesajında deyilir.
“Aleksey Navalnının ölümü bütün demokratiya və insan haqları müdafiəçiləri üçün faciədir. Onun ailəsinə və Rusiyada demokratiya uğrunda mübarizəni davam etdirənlərə başsağlığı verirəm”, - o qeyd edib.
Bu xəbər ilə bağlı Aleksey Navalnı vəfat etdi Xəbəri oxu