Hindistan Qətərdə "casusluq" ittihamı ilə edama məhkum edilən 8 vətəndaşının sərbəst buraxıldığını açıqlayıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada Qətərdə edam cəzasına məhkum edilən 8 Hindistan vətəndaşının sərbəst buraxıldığı bildirilib.
2023-cü ilin oktyabrında Hindistan mətbuatında çıxan xəbərlərdə 8 Hindistan donanmasının keçmiş zabitinin 2022-ci ildə Qətərdə sualtı qayıq layihəsi ilə bağlı “İsrail adına casusluq etdikləri” səbəbi ilə həbs edildiyinə dair məlumatlar dərc olunmuşdu.
Seyranə Quliyeva / Metbuat.az