İllər sonra Kəlbəcər şəhərində Ramazan ayının sübh azanı səsləndirilib.
Modern.az xəbər verir ki, uzun fasilədən Kəlbəcərdə Ramazan ayının sübh azanının səslənməsi, həm də Su çərşənbəsinə təsadüf edib.
İllər boyu həsrətlə gözlənilən bu an rayon sakinləri tərəfindən böyük mənəvi sevinc hissi ilə qarşılanıb. Məlumat üçün bildirək ki, hazırda Kəlbəcərdə məscid yoxdur və azanın səsləndirilməsi sakinlərin təşəbbüsüdür. Hər il Ramazan ayında bu şəkildə azanın səsləndirilməsi sakinlər tərəfindən həyata keçirilir.
Qeyd edək ki, Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planına əsasən, gələcəkdə məscidin istifadəyə verilməsi nəzərdə tutulur.