MÜSİAD Azərbaycan İctimai Birliyinə yeni Baş katib vəzifəsinə filologiya üzrə fəlsəfə doktoru Dr. Elşən Əbülhəsənli təyin olunub.
Modern.az xəbər verir ki, o, 1987-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsini bitirmişdir. Ali təhsilini davam etdirərək İstanbul Universitetində təhsil alıb.
Dr.Elşən Əbülhəsənli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda Şərq filologiyası ixtisası üzrə elmi işçi vəzifəsində çalışmış, AMEA-nın aspiranturasını bitirib.
Elmi fəaliyyəti dövründə Azərbaycan və Türkiyədə nəşr olunan qəzet və jurnallarda elmi məqalələrlə çıxış etmiş, bir neçə kitabın müəllifi olub.
1995–2025-ci illərdə Türkiyənin Azərbaycandakı Səfirliyində ticarət baş müşavirinin müavini vəzifəsində çalışıb.

