Metbuat.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Novxanı qəsəbəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Ağayev Rasim Nadir oğlu idarə etidiyi "Opel Zafira" markalı avtomobillə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən dəniz kənarında, "Mirakl" istirahət mərkəzinin yaxınlığında idarəetməni itirərək dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1976-cı il təvəllüdlü Nəzakət Ağayeva hadisə yerində ölüb.
Seyranə Quliyev / Metbuat.az