Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların nizamnamə kapitalının həcmi açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, nizamnamə kapitalının həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın nizamnamə kapitalının həcmi 1,281 milyard manat təşkil edib.
İkinci sırada 477,094 milyon manat nizamnamə kapitalı ilə "Xalq Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 378 milyon manat nizamnamə kapitalı ilə "Yelo Bank" qərarlaşıb.
Nizamnamə kapitalının həcmi ən az olan bank isə "Bank of Baku" olub. Bankın nizamnamə kapitalının həcmi 52,870 milyon manat təşkil edib.
Qeyd edək ki, nizamnamə kapitalı bir şirkətin təsis edildiyi zaman səhmdarlar və ya təsisçilər tərəfindən qoyulan və qanunla müəyyən edilən minimum maliyyə vəsaitidir. Bu kapital şirkətin hüquqi şəxs olaraq fəaliyyətə başlamaq və müəyyən öhdəlikləri yerinə yetirmək üçün tələb olunan ilkin vəsaitdir.
Banks Authorized capital 1 ABB 1,281,271,39 2 Xalq Bank 477,094,03 3 Yelo Bank 378,000,00 4 Pasha Bank 373,170,00 5 VTB Bank 315,815,00 6 Kapital Bank 265,850,00 7 Bank Respublika 240,298,07 8 Premium Bank 174,601,00 9 UniBank 138,200,39 10 AccessBank 121,750,00 11 Expressbank 112,545,00 12 Rabita Bank 101,300,08 13 Azer–Turk Bank 100,500,00 14 Turan Bank 100,006,00 15 Bank Melli Iran 73,611,17 16 Avrasiya Bank 71,800,00 17 AFB Bank 70,393,46 18 ZiraatBank 65,500,00 19 AzersenayeBank 60,000,00 20 YapikrediBank 55,380,70 21 Bank of Baku 52,870,00