Rusiya Prezidenti Administrasiyasının mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı Cenevrədə keçirilən danışıqların ikinci günündə müddətin qısalmasının prosesdə irəliləyişin olmadığı anlamına gəlmədiyini bildirib.
Modern.az xəbər verir ki, Peskov yeni raund danışıqların keçiriləcəyi yerin hələ müəyyən edilmədiyini də qeyd edib. Onun sözlərinə görə, bu mərhələdə konkret məkanla bağlı hər hansı açıqlama vermək mümkün deyil: “Hazırda heç nə demək olmaz”.
Bununla yanaşı, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bu gün verdiyi açıqlamada Ukrayna üzrə növbəti danışıqlar raundunun yaxın vaxtlarda keçiriləcəyini bildirib.
Qeyd edək ki, əvvəlki görüşlər Cenevrə şəhərində baş tutub və tərəflər müzakirələri davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.