Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri son yeddi gün ərzində Fars körfəzi ölkələrinə Hörmüz boğazı vasitəsilə 100 milyon bareldən çox xam neftin daşınmasına kömək edib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper bildirib.
O qeyd edib ki, CENTCOM qüvvələri ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə regional tərəfdaşlar və gəmiçilik şirkətləri ilə əməkdaşlıq edir.
“Yalnız son yeddi gün ərzində təxminən 400 ticarət gəmisi boğazdan keçə bilib. Bu müddət ərzində ABŞ hərbçiləri Fars körfəzi ölkələrindəki tərəfdaşlarımıza 100 milyon bareldən çox xam neftin daşınmasına kömək ediblər”, – deyə Kuper bildirib.
Admiralın sözlərinə görə, son bir neçə ay ərzində ABŞ regional müttəfiqlərinə ümumilikdə 1,3 milyard barel neftin boğaz vasitəsilə daşınmasına yardım edib.