Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən "İdrak" Liseyində şagirdi tərəfindən güllələnmiş müəllim Şəhla Kamilova evə buraxılıb. Modern.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin məlumatında bildirilib. Qeyd edilib ki, təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən “İdrak” Liseyində 10-cu sinif şagirdi Əli Şirinov silahlı insident törədib. Şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək liseydə müəllim işləyən Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar. Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.