Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında XIII turun növbəti görüşləri baş tutacaq.
Turun sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk oyunda "Şamaxı" doğma meydanda "Qəbələ"ni qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. Hazırda meydan sahibləri 14 xalla turnir cədvəlinin yeddinci, qonaqlar isə 11 xalla doqquzuncu pilləsində qərarlaşıblar.
Günün digər matçında "Qarabağ" "Sumqayıt"la üz-üzə gələcək. "Azersun Arena"da keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək. Ağdam təmsilçisi 20 xalla dördüncü, "Sumqayıt" isə 10 xalla onuncu sırada yer alır.