Türkiyənin İzmir vilayətində FETÖ-ya qarşı əməliyyat keçirilib, nəticədə 12 şübhəli saxlanılıb.
Modern.az xəbər verir ki, əməliyyatı İzmir Baş Prokurorluğu, Təhlükəsizlik və Terrorla Mübarizə idarələri birgə həyata keçirib.
Saxlanılan şəxslərin təhlükəsizlik idarəsində dindirilməsinin davam etdiyi bildirilib.