Bütün dünya 2024-cü ili yaşadığı halda, Efiopiyada təqvimlər hələ də 2016-cı ili göstərir.
Efiopiyada 13 aylıq təqvimdən istifadə olunur. Bu aylara Meskerem, Tikimt, Hidar, Tahsas, Tir, Yakatit, Maggabit, Myazya, Ginbot, Sene, Hamle, Nehasa və Pagume deyilir. Ayların adları Efiopiya xalqına məxsus Amhar dilində yazılır. 12 ayın hər biri bizim işlətdiyimiz təqvimdəki aylara ekvivalentdir, lakin onların hər biri 30 gündən ibarətdir. 13-cü ay isə "Pagume"(ጳጉሜ) adlanır ki, bu da yunancadan tərcümədə “qalıq, artıq” deməkdir. 13-cü ay 5 gündən və hər 4 ildən bir isə 6 gündən ibarət olur.
Efiopiyanın 2016-cı ili niyə yaşadığının cavabı eramızın 500-cü ilinə aiddir.
Efiopiyada yeni ilin hər il 11 və ya 12 sentyabr tarixlərində başlanması heç də təsadüfi deyil, belə ki, məhz ilin həmin günlərində Nil çayı özünün ən bol sulu dövrünü yaşayır və efiopiyalılara görə bu hadisə ölkəyə “yeni həyat” gətirir.