Dünən saat 12:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıtda yerləşən 33 nömrəli tam orta məktəbdə insdent baş verməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.