ABŞ ilə İran arasında bu həftə keçirilməsi planlaşdırılan danışıqlar İranın pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı insidentə baxmayaraq ləğv edilməyib.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News” telekanalına verdiyi müsahibədə açıqlama verib.
Onun sözlərinə görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bu həftə iranlı nümayəndələrlə danışıqlar aparmağa hazırlaşır və görüş hazırda planlaşdırıldığı kimi qüvvədədir.
Livitt həmçinin bildirib ki, Prezident Donald Trampın İranla bağlı bir neçə seçim variantı mövcuddur və bu variantlar arasında hərbi gücdən istifadə ehtimalı da yer alır.
Xatırladaq ki, daha əvvəl “Axios” portalı ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüşün fevralın 6-da İstanbulda keçirilə biləcəyini yazmışdı.