Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə “Libya al-Ahrar” məlumat yayıb.
Onun ölkənin qərbində yerləşən Əz-Zintan şəhərində öldürüldüyü bildirilir.
Sabiq liderin oğlu naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
Hadisənin digər təfərrüatları hələlik açıqlanm
ayıb.Qeyd edək ki, Seyf əl-İslam Qəddafi Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğludur. Qəddafi Liviyaya təxminən 42 il rəhbərlik edib. 2011-ci ildə Liviyada başlayan iğtişaşlar və silahlı qarşıdurmalar fonunda Qəddafinin hakimiyyəti devrilib. Oktyabrın 20-də (2011) o, Sirt yaxınlığında şəhərdən çıxmağa çalışan karvanın vurulmasından sonra tutulub və qısa müddət sonra öldüyü açıqlanıb.