İranın Astara şəhərindən olan 21 yaşlı talış reperi Əmir Mehdi Rəcəbi (Benqard) etiraz aksiyalarında iştirak etdiyinə görə dörd gün müddətinə həbs edilib.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, həbs zamanı gənc oğlan təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülüb və təhdid edilib.
Reper təzyiq altında bankı yandırmaq və Molotov kokteyli hazırlamaqla bağlı yalan etiraf imzalamağa məcbur edilib. Həbs müddətində Rəcəbiyə ailəsi və vəkili ilə əlaqə saxlamaq qadağan edilib.
Musiqiçi yalnız hakim rejimə qarşı hər hansı müxalifət fəaliyyətindən imtina etmək barədə and içdikdən sonra azadlığa buraxılıb.