NATO-nun baş katibi Mark Rutte Ukraynaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ali Radanın deputatları Yaroslav Jeleznyak və Aleksey Qonçarenko məlumat veriblər.
Qeyd edək ki, Ali Radanın 15-ci sessiyası çərşənbə axşamı, 3 fevralda açılacaq. Gündəliyə digər məsələlərlə yanaşı, NATO-nun baş katibinin çıxışı da daxildir.