Smerikalı milyarder İlon Mask Respublikaçılar Partiyasının seçki kampaniyası fondlarına 10 milyon dollar ianə etməklə ABŞ Prezidenti Donald Trampla əlaqələrini möhkəmləndirib.
Modern.az xəbər verir ki, bu barədə Federal Seçki Komissiyasının sənədlərində məlumat verilib.
Yanvar ayında Mask Senat və Nümayəndələr Palatasının namizədləri üçün əsas ianə toplama komitələrinə 5 milyon dollar bağışlayıb. Bu ianələr onun 2026-cı il ara seçkilərindən əvvəl respublikaçılara verdiyi geniş dəstəyin bir hissəsidir və Trampla soyuq münasibətlər dövründən sonra siyasətə qayıdışına işarədir.
Mask əvvəllər administrasiyanı tənqid etmiş və hətta öz siyasi qüvvəsini yaratmaq planlarını açıqlamışdı, lakin sonra fikrindən daşınıb. (Mənbə:Financial Times)