Avropa İttifaqı ölkələrinin hərbi attaşeləri İranı ən qısa müddətdə tərk etməlidirlər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Parlamenti sədrinin rəsmi nümayəndəsi Əlirza Səlimi bildirib.
"Ölkədəki səfirliklərdə yerləşən Avropa hərbi attaşeləri ölkəni mümkün qədər tez tərk etməlidirlər: onlar terrorçudurlar. Terrorçuların ölkədə qalmasına icazə vermək mövcud qanunvericiliyə ziddir", - deyə o bildirib.
Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyi müvafiq müddəanı bu gün tətbiq etməlidir.