“Hər 2 müəllimimizdən 1-i ADPU-nun öz yetirməsidir”. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) açıqlamasında bildirilib. Belə ki, Pedaqoji Universitetdə çalışan professor-müəllim heyətinin 49.2 %-i ADPU-nun öz məzunlarıdır.
Ümumilikdə universitetdə 775 nəfər professor-müəllim heyəti fəaliyyət göstərir. Bundan başqa, 104 nəfər isə universitetdə inzibati vəzifə daşımaqla yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olur