Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Tüpraş neft emalı zavodunda partlayış baş verib.
Modern.az bu barədə NTV-yə istinadən xəbər verir.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. NTV-nin məlumatına görə, benzin daşıyan maşın partlayıb.
Telekanal həmçinin qeyd edir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb.