Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə səfər edəcək.
Modern.az xəbər verir ki, Mirzoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın 29-da Ankarada olacaq.
Danışıqlar zamanı Türkiyə və Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi müzakirə ediləcək. Bununla yanaşı, siyasi dialoqun inkişafına, ticarət dövriyyəsinin artırılmasına, iqtisadiyyatın prioritet sahələrində əməkdaşlıq layihələrinin irəlilədilməsinə və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.