Rusiyanın hərbi zirehli texnikalarının dizayneri Nikolay Molodnyakov 88 yaşında vəfat edib. Modern.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb. Molodnyakov karyerasına tədqiqat mühəndisi kimi başlayaraq 66 il “Uralvaqonzavod”da çalışıb. O, T-72 və T-90 tanklarının dizaynının hazırlanmasında, qəbulunda və onların modernləşdirilməsində, o cümlədən T-90-ın ilk versiyasının hazırlanmasında və seriyalı istehsalının təşkilində iştirak edib. Dizayner həmçinin bu texnikaların zirehlənməsi və silahlanmasının təkmilləşdirilməsinə nəzarət edib. Daha sonra Nikolay Molodnyakov tankların ixrac üçün təşviqində iştirak edib və T-72S və T-90S tanklarının xaricdə sınaqlarına rəhbərlik edib. Onun təşəbbüsü ilə T-90S-in ilk dinamik nümayişi 1997-ci ildə IDEX sərgisində baş tutub.
Molodnyakov Rusiya hökumətinin iki mükafatının laureatı, texnika elmləri namizədi və Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının müxbir üzvü idi.