2026-cı ildə ümumi təhsil müəssisələrində çalışan 5 fənn üzrə müəllimlər ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.
Modern.az-ın məlumatına görə, sertifikatlaşdırma tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənlərini tədris edən müəllimləri əhatə edəcək.
Məlumat üçün bildirək ki, sertifikatlaşdırma imtahanlarında hər il müvafiq fənn müəllimləri ilə yanaşı, əvvəlki illərdə keçid balını toplaya bilməyən müəllimlər də iştirak edə bilərlər. Belə ki, məsələn, müvafiq keçid balını toplaya bilməyən müəllimlərə yenidən imtahan vermək imkanı yaradılır. Bu proses “təkrar sertifikatlaşdırma imtahanı” adlanır.
Qeyd edək ki, 2026-cı ilin sonunadək ümumilikdə 40 min müəllimin sertifikatlaşdırmadan keçməsi planlaşdırılır.
Xatırladaq ki, 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya və informatika fənləri üzrə müəllimlər üçün sertifikatlaşdırma imtahanları keçirilib.