Rusiya ordusu dronlarla Xarkov bölgəsində sərnişin qatarına hücum edib, nəticədə lokomotivdə və vaqonda yanğın olub, xəsarət alanlar var.
Modern.az xəbər verir ki, bu barədə Xarkov vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın "Şahed" dronları Barvenkovo-Lvov-Çop marşrutu üzrə sərnişin qatarına hücum edib. Bu, Xarkov bölgəsindəki Barvenkovo yaşayış məntəqəsində baş verib.
Qatarda 291 sərnişin olub və hamısı tez bir zamanda təxliyə edilib, iki nəfər isə yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.