Türkiyədə Şanlıurfa valiliyi ictimai asayişin, təhlükəsizliyin və rifahın qorunması məqsədilə vilayət ərazisində dilənçilik və qanunsuz müştəri cəlbetmə fəaliyyətlərinin qadağan edildiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu məlumatı "Haber Global" yayıb.
Bildirilib ki, Şanlıurfa valiliyi tərəfindən dərc edilən ümumi əmr çərçivəsində küçə, prospekt, meydan, park və bağçalar, avtomobil dayanacaqları, tarixi və mədəni ərazilər, ibadət yerləri, bankomatlar, körpü altları, işıqforlar və yolayrıcıları başda olmaqla, ictimai açıq ərazilərdə dilənmək qadağan olunub.