Ermənistan parlamentinin sədr müavini və ölkənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan AŞPA-nın vitse-prezidenti seçilib. Modern.az xəbər verir ki, Rubinyan bu barədə Facebook səhifəsində yazıb. "Mən Ermənistana ayrılan kvota çərçivəsində AŞPA-nın vitse-prezidenti seçildim", - deyə o qeyd edib.