Türkiyənin Balıkəsir vilayətinin Sındırğı bölgəsində 4,5 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, yeraltı təkan yerli vaxtla 18:11-də alınıb.
Zəlzələ ilə bağlı hələlik dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.
Mütəxəssislər bölgədə vəziyyəti nəzarətdə saxlayırlar.