Ermənistan İstintaq Komitəsi yanvarın 14-də baş vermiş əsgər ölümü ilə bağlı bir nəfəri saxlayıb. Modern.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, hərbçinin ölümü ilə bağlı açılmış cinayət işi üzrə ilkin istintaq zamanı bir şəxsə qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 2 və 3-cü bəndləri (hərbçini ehtiyatsızlıqdan intihar həddinə çatdırma) ilə cinayət işi başlanıb.
"Şəxs saxlanılıb. Məhkəməyə həbs qətimkan tədbiri kimi vəsatət təqdim edilib", - İstintaq Komitəsi bildirib.
Xatırladaq ki, 14 yanvar tarixində, təxminən saat 9:50-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Vaqan Petrosyanın üzərində güllə yarası olan meyiti aşkar edilib.