Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron oktyabrın 17-də keçirilən səfərbərlik aksiyaları zamanı baş verən zorakılıqlardan sonra xalqa müraciət edərək, “utanc hissi” keçirdiyini bildirib. O, dağıntılara səbəb olan şəxslərin cəzalandırılacağını və hökumətin nümayişçilərin qanuni tələblərinə cavab verəcəyini vəd edib.
Təzyiqlər fonunda saat 20:00-da çıxış edən dövlət başçısı iğtişaş törədənlərə qarşı güzəştsiz mövqe nümayiş etdiriləcəyini vurğulayıb. Makronun sözlərinə görə, şəhərlərin təhlükəsizliyini təmin etmək üçün prefektlər zəruri qərarlar qəbul edəcək, lazım gəldikdə isə bəzi toplantıları qadağan edəcəklər.
Prezidentin çıxışı Fransanın siyasi dairələrində müxtəlif reaksiyalara səbəb olub. Milli Birlik Partiyasının sədri Jordan Bardella müraciəti “acınacaqlı” adlandıraraq, hakimiyyəti fransızlara təklif edəcək heç nəyinin qalmamasında ittiham edib.