ABŞ investisiya fondu Rusiya İmperiyasından qalan borclarının ödənilməsini tələb edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika investisiya fondu Noble Capital RSD ABŞ federal məhkəməsində Rusiya hökumətinə qarşı iddia qaldıraraq Rusiyanın 1916-cı ildə buraxılmış Rusiya İmperiya istiqrazları üzrə öhdəliklərin sahibi kimi tanınmasını tələb edib.
İddiada cavabdeh qismində Rusiya Federasiyası, Maliyyə Nazirliyi və Rusiya Milli Rifah Fondu göstərilir. Mübahisəli məbləğ 225,8 milyard dollardır.
Nəşrin qeyd etdiyi kimi, investisiya fondu imperiya istiqrazları üzrə borcun Rusiyanın Krımı ilhaq etməsindən və Rusiya Silahlı Qüvvələrinin Ukraynaya tammiqyaslı hücumundan sonra xaricdə dondurulmuş suveren aktivləri hesabına ödənilə biləcəyini iddia edir.
Şirkətin vəkilləri hesab edirlər ki, Noble Capital-ın Rusiyadan 200 milyard dollardan çox pulu geri almaq üçün real şansları olduqca aşağıdır.