Ermənistan İrana düşmən qüvvələrin mərkəzinə çevrilir.
Modern.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib. O, 10 yanvardan bəri İrəvandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarını şərh edərkən bunu vurğulayıb. Diplomat xatırladıb ki, Tehran çətin anlarda həmişə İrəvana kömək əli uzadıb.
Şirqolami həmçinin ABŞ-ın İrana qarşı istismar edə biləcəyi TRIPP-nin yaradılması ilə bağlı İranın narahatlığını bir daha təkrarlayıb. və narahatlığın erməni həmkarlarına çatdırıldığını əlavə edib.