Bakı. Trend:
Səhər saatlarında Bakı metrosunun “Koroğlu” stansiyasının girişində sıxlıq yarandığına dair sosial şəbəkələrdə məlumat yayılıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, metroda sıxlıq müşahidə olunmayıb.
Qeyd edilib ki, yalnız “Koroğlu” stansiyasının keçidində qısamüddətli intensiv sərnişin axını müşahidə olunub və metropolitenin əməliyyat planına uyğun tənzimləmələr təmin edilib.
“Stansiya infrastrukturunun fəaliyyəti və qatarların hərəkəti normal iş rejimində davam etdirilib”, – məlumatda vurğulanıb.