"İran danışıqlara hazırdır, lakin onlar qarşılıqlı hörmətə əsaslanmalı və əsas, elementar prinsiplərə riayət edilməlidir". Modern.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami 14 yanvarda keçirilən mətbuat konfransında bildirib.
"Biz heç vaxt danışıqlardan yayınmamışıq", - deyə o qeyd edib.
Diplomat İranın xarici işlər naziri Abbas Əraqçinin son iki gün ərzində ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkofla danışıqlar apardığını təsdiqləyib.
O, danışıqların Fars körfəzi ölkələrindən birinin vasitəçiliyi ilə aparıldığını bildirib.
"Tramp hər gün yeni bir şey deyə bilməz; o, qərar verməlidir. Əgər o, qarşılıqlı hörmətə əsaslanan real danışıqlar aparmaq istəyirsə, deməli, İran hazırdır", - Şirqolami vurğulayıb.