Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə yenidən telefon danışığı aparıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hakan Fidan mövcud gərginliyin azaldılması üçün müzakirələrə ehtiyac olduğunu qeyd edib.
Qeyd edək ki, bu, Hakan Fidanın son sutkada iranlı həmkarı ilə ikinci telefon danışığıdır. Nazirlər İrandakı son vəziyyəti müzakirə ediblər.