ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi planlaşdırırlar. Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Agentlik bildirib ki, Stiv Uitkoff və Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər bu ay baş tuta bilər.
Həmçinin qeyd olunur ki, Vladimir Putinlə mümkün görüşdə Stiv Uitkoff və Cared Kuşner Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək və nizamlama planlarının layihələrini təqdim etmək niyyətindədirlər.
"Müzakirələr ABŞ və Avropanın Ukraynaya istənilən sülh müqaviləsinə riayət olunmasını təmin etmək üçün verəcəyi təhlükəsizlik zəmanətlərini, eləcə də ölkənin müharibədən sonrakı yenidən qurulmasını əhatə edəcək... Amerika rəsmiləri Putinə və onun komandasına son layihə planlarını təqdim edəcəklər", - agentlik qeyd edir.
Rusiya Prezidenti Vladimir Putin sonuncu dəfə Kremldə Stiv Uitkoff və Cared Kuşneri ötən ilin 2 dekabrına qəbul edib. ABŞ nümayəndələrinin Rusiyaya səfəri ABŞ-ın Ukrayna üçün sülh planının müzakirəsi ilə bağlı olub.