Rusiya Ukraynadakı müharibədə hər ay 25.000-ə qədər əsgər itirir. Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Rutte Qlobal Avropa konfransında deyib.
"Rusiya hazırda Ukraynanın möhkəm müdafiəsi sayəsində çox sayda əsgər itirir. Bir ayda bu, 20.000 ilə 25.000 arasında dəyişir. Mən ağır yaralılardan deyil, ölənlərdən danışıram".
NATO baş katibinin sözlərinə əsasən, təxminlərə görə, Rusiya təkcə 2025-ci ildə Ukraynada 300.000 əsgərini itirib. Bu məlumatları təxminən 4 illik müharibə üzrə proqnozlaşdırsaq, cəbhədə öldürülən 1,2 milyon rus deməkdir. Mark Rutte bu rəqəmi 1980-ci illərdə Əfqanıstandakı müharibə ilə müqayisə edərək deyib ki, əgər Sovet Ordusu 10 il ərzində təxminən 20.000 əsgər itiribsə, indi Rusiyanın cəmi bir ay ərzində eyni sayda hərbçisi ölür. NATO baş katibi deyib ki, 2025-ci ilin dekabr ayına olan məlumata görə, Rusiyadan ölən və yaralananların ümumi sayı 1,15 milyon nəfər təşkil edib. Yaralılardan təxminən 400.000 nəfərin əlil olduğu təxmin edilir ki, bu da Bryansk və ya Tver əhalisi ilə müqayisə edilə bilər. Rutte həmçinin vurğulayıb ki, Moskva NATO-ya qarşı mövqeyini yumşaltmaq üçün heç bir əlamət göstərmir.
NATO baş katibi əlavə edib ki, Rusiya məqsədin çatmaq üçün Çin, İran və Şimali Koreya ilə əməkdaşlıq edir. Şimali Atlantika Alyansının rəhbərinin sözlərinə görə, bu dörd ölkə "NATO-ya meydan oxumaq üçün getdikcə daha çox əməkdaşlıq edir".