ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqtonda aparılan danışıqların təfərrüatını təqdim edib.
Məlumata görə, tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlığın inkişafında və əldə olunmuş razılaşmaların həyata keçirilməsində aktiv impuls elan edib, birgə təşəbbüslər və perspektivləri müəyyən ediblər.
Mirzoyan və Rubio "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi çərçivəsi ilə bağlı birgə bəyanatı təsdiqləyiblər. Sənəd bir qədər sonra dərc olunacaq.